Text copied!
Bibles in South Azerbaijani

Zəbur 76:6-11 in South Azerbaijani

Help us?

Zəbur 76:6-11 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Ey Yaqubun Allahı, Sənin məzəmmətindən Arabaçılar və atlar uyumuş qaldı.
7 Sən zəhmlisən, Sən! Qəzəblənəndə qarşında kim dura bilər?
8 Öz hökmünü göylərdən elan etdin, Yer vahimələndi və səsini kəsdi.
9 Onda, ey Allah, hökm çıxarmaq üçün, Dünyadakı məzlumların hamısını qurtarmaq üçün qalxdın. Sela
10 Qəzəbli insanlar belə, Sənə şükür edir, Qəzəbdən qurtulanları Özünə bağlayırsan.
11 Allahınız Rəbbə əhd edin və yerinə yetirin, Ey bütün ətraf xalqlar, o Zəhmli Olana xərac gətirin.
Zəbur 76 in Azərbaycan dilində Müqəddəs Kitab