Text copied!
Bibles in South Azerbaijani

Zəbur 76:2-8 in South Azerbaijani

Help us?

Zəbur 76:2-8 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Çardağı Salemdədir, Məskəni Siondadır.
3 Allah orada alovlu oxları, Qalxan-qılıncı və bütün silahları qırdı. Sela
4 Ey Allah, şərəfli Sənsən, Ulu dağlardan da əzəmətlisən!
5 Cəsur ürəklilər talan oldu, Ölüm yuxusuna daldı, Bütün cəngavərlərin əlləri sustaldı.
6 Ey Yaqubun Allahı, Sənin məzəmmətindən Arabaçılar və atlar uyumuş qaldı.
7 Sən zəhmlisən, Sən! Qəzəblənəndə qarşında kim dura bilər?
8 Öz hökmünü göylərdən elan etdin, Yer vahimələndi və səsini kəsdi.
Zəbur 76 in Azərbaycan dilində Müqəddəs Kitab