Text copied!
Bibles in South Azerbaijani

Zəbur 74:7-15 in South Azerbaijani

Help us?

Zəbur 74:7-15 in Azərbaycan dilində Müqəddəs Kitab

7 Sənin Müqəddəs məkanına od vurdular, Adının sakin olduğu yeri uçurub murdarladılar.
8 «Bu xalqı biz birgə əzməliyik» deyə düşünərək Ölkədəki bütün səcdəgahları yandırdılar.
9 Heç bir rəmzimiz görünmür, Daha peyğəmbərimiz yoxdur. Kimsə bilmir, biz nə vaxtadək belə qalacağıq.
10 Ey Allah, nə vaxtadək düşmən Səni söyəcək? Yağı əbədilikmi Sənin adına küfr edəcək?
11 Axı nə üçün əlini geri çəkirsən? Çıxart qoynundan sağ əlini, onları məhv et.
12 Ey Allah, əzəldən Padşahımsan, Yer üzünə qurtuluşlar verirsən.
13 Sən dənizi Öz qüdrətinlə böldün, Dəniz əjdahalarının başlarını əzdin.
14 Sən Livyatanın başlarını əzdin, Onu çöl heyvanlarına yem etdin.
15 Sən bulaqlar açıb sellər axıtdın, Həmişəaxar çayları isə qurutdun.
Zəbur 74 in Azərbaycan dilində Müqəddəs Kitab