Text copied!
Bibles in South Azerbaijani

Zəbur 74:1-10 in South Azerbaijani

Help us?

Zəbur 74:1-10 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Asəfin maskili. Ey Allah, niyə bizi əbədilik tərk etmisən? Otlağının sürüsünə niyə qəzəbin alovlanıb?
2 Yada sal keçmişdə satın aldığın icmanı, Özünə xalq etmək üçün azad etdiyin tayfanı, Həm də məskənin olan Sion dağını.
3 Əbədi viranələrə doğru get, Müqəddəs yerdə hər şeyi düşmən dağıdıb.
4 Səcdəgahının ortasında düşmənlər nərə çəkdilər, Bu yerə zəfər bayraqlarını keçirtdilər.
5 Sıx meşəni budamaq üçün Balta qaldıran adamlara bənzəyirlər.
6 Müqəddəs yerin bütün oyma işlərini Baltalar və çəkiclərlə qırıb tökdülər.
7 Sənin Müqəddəs məkanına od vurdular, Adının sakin olduğu yeri uçurub murdarladılar.
8 «Bu xalqı biz birgə əzməliyik» deyə düşünərək Ölkədəki bütün səcdəgahları yandırdılar.
9 Heç bir rəmzimiz görünmür, Daha peyğəmbərimiz yoxdur. Kimsə bilmir, biz nə vaxtadək belə qalacağıq.
10 Ey Allah, nə vaxtadək düşmən Səni söyəcək? Yağı əbədilikmi Sənin adına küfr edəcək?
Zəbur 74 in Azərbaycan dilində Müqəddəs Kitab