Text copied!
Bibles in South Azerbaijani

Zəbur 73:8-28 in South Azerbaijani

Help us?

Zəbur 73:8-28 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Pis niyyətli sözləri ilə insanlara istehza edirlər, Onlara yuxarıdan baxıb hədə-qorxu gəlirlər.
9 Ağızlarını göylərin əleyhinə açırlar, Dillərinin sözləri dünyanı gəzib-dolaşır.
10 Ona görə bütün xalq onların tərəfinə keçir, Sözlərini axıradək su kimi içir.
11 Deyirlər ki, Allah necə xəbər tutacaq? Haqq-Taala bundan necə xəbərdar olacaq?
12 Belədir pis adamlar, Daim arxayındırlar, var-dövlət artırırlar.
13 Məgər mən boş yerə qəlbimi təmizləmişdim, Günahsızlıq içində əllərimi yumuşdum?
14 Həmişə əziyyətə düşürəm, Hər səhər töhmətə rast gəlirəm.
15 Əgər «qoy mən də belə danışım» deyə düşünsəydim, Sənin övladlarına xəyanət edərdim.
16 Bunu anlamaq üçün düşünəndə Çətin bir iş kimi gözümə durdu.
17 Yalnız Allahın Müqəddəs məkanına girərkən Onların aqibətini dərk etdim.
18 Doğrudan da, onları sürüşkən yerə qoymusan, Onları məhvə yuvarlayırsan.
19 Onlar bir anda yox olacaqlar, Dəhşət içində itib-batacaqlar.
20 Yuxudan ayılanda röyalar unudular, Ey Xudavənd, Sənin oyanışınla bu adamlar boş sayılacaq.
21 O vaxt könlüm zəhərlənmişdi, Qəlbim dəlik-deşik olmuşdu.
22 Necə axmaq idim, dərrakəm yox idi, Qarşında sanki bir heyvan idim.
23 Amma daim Səninlə olmuşam, Mənim sağ əlimdən tutmusan.
24 Nəsihətinlə mənə yol göstərirsən, Sonra məni şərəfə çatdıracaqsan.
25 Göylərdə Səndən başqa kimim var? Yer üzündə də Səndən başqa heç nə istəmirəm.
26 Cismim və ürəyim taqətdən düşsə belə, Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən.
27 Budur, Səndən uzaq düşənlər məhv olurlar, Sənə xəyanət edənləri yox edirsən.
28 Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır, Xudavənd Rəbbə pənah gətirmişəm, Ona görə bütün işlərini hamıya çatdıracağam!
Zəbur 73 in Azərbaycan dilində Müqəddəs Kitab