Text copied!
Bibles in South Azerbaijani

Zəbur 73:3-17 in South Azerbaijani

Help us?

Zəbur 73:3-17 in Azərbaycan dilində Müqəddəs Kitab

3 Pislərin firavanlığını görərkən Bu məğrurlara həsəd aparırdım.
4 Ölənədək onların ağrıları yoxdur, Vücudları ətə-cana gəlib.
5 Onlar başqaları kimi dərdə düşməzlər, Əzab çəkməzlər.
6 Çünki təkəbbür onlar üçün boyunbağı kimidir, Zorakılıq libas kimi əyinlərini örtür.
7 Köklükdən gözləri dombalıb çıxır, Qəlblərinin pis məqsədləri aşıb-daşır.
8 Pis niyyətli sözləri ilə insanlara istehza edirlər, Onlara yuxarıdan baxıb hədə-qorxu gəlirlər.
9 Ağızlarını göylərin əleyhinə açırlar, Dillərinin sözləri dünyanı gəzib-dolaşır.
10 Ona görə bütün xalq onların tərəfinə keçir, Sözlərini axıradək su kimi içir.
11 Deyirlər ki, Allah necə xəbər tutacaq? Haqq-Taala bundan necə xəbərdar olacaq?
12 Belədir pis adamlar, Daim arxayındırlar, var-dövlət artırırlar.
13 Məgər mən boş yerə qəlbimi təmizləmişdim, Günahsızlıq içində əllərimi yumuşdum?
14 Həmişə əziyyətə düşürəm, Hər səhər töhmətə rast gəlirəm.
15 Əgər «qoy mən də belə danışım» deyə düşünsəydim, Sənin övladlarına xəyanət edərdim.
16 Bunu anlamaq üçün düşünəndə Çətin bir iş kimi gözümə durdu.
17 Yalnız Allahın Müqəddəs məkanına girərkən Onların aqibətini dərk etdim.
Zəbur 73 in Azərbaycan dilində Müqəddəs Kitab