9 Onun qarşısında köçəri xalqlar diz çöksün, Düşmənləri isə qoy yerə vurulsun.
10 Tarşişin və adaların padşahları ona xərac gətirsin, Səba və Seva padşahları ona bəxşiş versin.
11 Qarşısında bütün padşahlar təzim etsin, Qoy bütün millətlər ona xidmət etsin!
12 Çünki o imdad deyib çağıran fəqirləri, Məzlumları, köməksizləri qurtarır.
13 Yoxsula, fəqirə rəhm edir, Fəqirlərin canlarını azad edir.
14 Onları hədə-qorxudan, zorakılıqdan qurtarır, Onun gözündə bunların qanı qiymətlidir.
15 Yaşasın padşah! Qoy ona Səba qızılı verilsin, Qoy onun üçün durmadan dua edilsin, Hər gün ona xeyir-dua verilsin.