Text copied!
Bibles in South Azerbaijani

Zəbur 72:6-11 in South Azerbaijani

Help us?

Zəbur 72:6-11 in Azərbaycan dilində Müqəddəs Kitab

6 Biçilən tarlaya yağış kimi, Torpağı suvaran gur yağış kimi tökülsün.
7 Bu padşahın ömrü boyu qoy salehlər çiçək açsın, Göydə ay durduqca qoy firavanlıq artsın.
8 Dənizdən-dənizə qədər, Fəratdan yer üzünün qurtaracağınadək hər yerdə hökmranlıq etsin.
9 Onun qarşısında köçəri xalqlar diz çöksün, Düşmənləri isə qoy yerə vurulsun.
10 Tarşişin və adaların padşahları ona xərac gətirsin, Səba və Seva padşahları ona bəxşiş versin.
11 Qarşısında bütün padşahlar təzim etsin, Qoy bütün millətlər ona xidmət etsin!
Zəbur 72 in Azərbaycan dilində Müqəddəs Kitab