Text copied!
Bibles in South Azerbaijani

Zəbur 71:1-12 in South Azerbaijani

Help us?

Zəbur 71:1-12 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Ya Rəbb, Sənə pənah gətirirəm, Heç vaxt məni xəcalətdə qoyma.
2 Məni ədalətinlə qurtar, xilas et, Qulağını mənə sarı döndər, məni azad et.
3 Mənə sığınacaq qaya ol, Qoy əmrinlə hər vaxt ora girib qurtulum. Çünki qayam da Sən, qalam da Sənsən.
4 Ey Allahım, şər insanın əlindən, Haqsızın, zalımın pəncəsindən məni qurtar.
5 Ey Xudavənd, Sən mənim ümidimsən, Ya Rəbb, gəncliyimdən bəri Sənə güvənmişəm.
6 Doğulduğum gündən bəri dayağımsan, Məni ana bətnindən dünyaya gətirmisən, Həmişə Sənə həmd edirəm.
7 Çoxlarına qəribə bir şey oldum, Amma Sən mənim möhkəm sığınacağım oldun.
8 Sənə həmd etmək dilimdən düşməz, Daim Sənin izzətini düşünürəm.
9 Yaşa dolanda da məni rədd etmə, Taqətdən düşəndə də məni tərk etmə.
10 Mənim barəmdə düşmənlərim belə söyləyir, Məni öldürmək istəyənlər belə məsləhətləşir,
11 Deyirlər ki, Allah onu tərk edib, Gəlin onu təqib edərək tutaq, Çünki onu xilas edən yoxdur.
12 Ey Allah, məndən uzaq durma, Ey Allahım, dadıma tez çat!
Zəbur 71 in Azərbaycan dilində Müqəddəs Kitab