Text copied!
Bibles in South Azerbaijani

Zəbur 68:4-24 in South Azerbaijani

Help us?

Zəbur 68:4-24 in Azərbaycan dilində Müqəddəs Kitab

4 Allaha ilahi oxuyun, ismini tərənnüm edin, Buludlar üstünə minənə yol açın. İsmi Rəbdir, hüzurunda fərəhiniz çağlasın.
5 Öz müqəddəs məskənində olan Allah Yetimlərin atası, Dul qadınların müdafiəçisidir.
6 Allah kimsəsizlərə ev qurur, Əsirləri firavanlığa çıxarır, Günahkarlar isə quru yurdda yaşayır.
7 Ey Allah, Sən xalqının önündə gedərkən, Çöllükdə yürüşə çıxarkən Sela
8 Sina dağındakı Allahın qarşısında, Allahın, İsrailin Allahının hüzurunda Yer lərzəyə gəldi, göydən yağış töküldü.
9 Ey Allah, yaxşıca yağışlar yağdırdın, Solan torpaqlarını canlandırdın.
10 Xalqın orada məskən saldı. Ey Allah, xeyirxahlığına görə Məzlumlar üçün oranı Sən hazırladın.
11 Xudavənd əmr edir, Bir alay qadın Belə müjdə paylayır:
12 «Düşmən orduları qaçır! Padşahları qaçır! Evdə olanlar Talan malını paylayırlar.
13 Siz ağıllar arasında yatanda Qanadları gümüş kimi bərq vuran, Tükləri isə qızıl kimi parlayan, Göyərçinə oxşayırsınız».
14 Külli-İxtiyar padşahları elə dağıtdı ki, Elə bil Salmon dağına göydən qar tökülür.
15 Ey Başan dağı, Allahın dağı, Ey zirvələri çox olan Başan dağı!
16 Ey zirvələri çox olan dağlar, Allah məskən salmaq üçün seçdiyi dağa Niyə qibtə ilə baxırsınız? Bəli, Rəbb orada əbədi yaşar.
17 Allahın döyüş arabaları var Minlərlə, saysız-hesabsız. Xudavənd onlarla birgə Sinadan müqəddəs məskəninə gəlib.
18 Ya Rəbb Allah, Sən yüksək yerlərə çıxıb məskən saldın, Əsir etdiyin düşmənləri Özünlə oraya apardın, Sən bütün insanlardan, Hətta üsyankarlardan da xərac aldın.
19 Xudavəndə, Bizi qurtaran Allaha – Hər gün qayğı yükümüzü çəkənə alqış olsun! Sela
20 Allahımız azad edən Allahdır, Ölümdən qurtaran Xudavənd Rəbdir.
21 Allah düşmənlərin kəlləsini, Günah içində yaşayanların tüklü təpəsini əzəcək.
22 Xudavənd belə dedi: «Onları Başandan geri qaytaracağam, Dənizin dibində olsalar belə, Oradan geri qaytaracağam.
23 Qoy ayaqların düşmənlərin qanına batsın, Bundan itlərinin dilləri də pay alıb yalasın».
24 Ey Allah, indi burada o zəfər yürüşün, Ey Allahım, Padşahım, müqəddəs yerə gəlişin görünür,
Zəbur 68 in Azərbaycan dilində Müqəddəs Kitab