Text copied!
Bibles in South Azerbaijani

Zəbur 68:19-33 in South Azerbaijani

Help us?

Zəbur 68:19-33 in Azərbaycan dilində Müqəddəs Kitab

19 Xudavəndə, Bizi qurtaran Allaha – Hər gün qayğı yükümüzü çəkənə alqış olsun! Sela
20 Allahımız azad edən Allahdır, Ölümdən qurtaran Xudavənd Rəbdir.
21 Allah düşmənlərin kəlləsini, Günah içində yaşayanların tüklü təpəsini əzəcək.
22 Xudavənd belə dedi: «Onları Başandan geri qaytaracağam, Dənizin dibində olsalar belə, Oradan geri qaytaracağam.
23 Qoy ayaqların düşmənlərin qanına batsın, Bundan itlərinin dilləri də pay alıb yalasın».
24 Ey Allah, indi burada o zəfər yürüşün, Ey Allahım, Padşahım, müqəddəs yerə gəlişin görünür,
25 Öndə ilahi oxuyanlar, Arxalarından isə çalğıçılar, Aralarında dəfçalan qızlar gəlir.
26 Ey İsrailin belindən gələnlər, cəmiyyət içində Allahınız Rəbbə alqış edin.
27 Qabaqda kiçik Binyamin qəbiləsi gedir, Ardınca çoxlu Yəhuda başçıları, Ondan sonra Zevulunun, Naftalinin başçıları gəlir.
28 Ey Allah, qüdrətini, Bizim üçün işlətdiyin qüvvətini göstər.
29 Yerusəlimdəki məbədinə görə Sənə padşahlar xərac gətirir.
30 Qamışlıqda yaşayan heyvanları, Xalqların danaları ilə buğa sürüsünü tənbeh et. Bu gümüşpərəstləri təpiyinin altına sal, Davakar xalqları pərən-pərən et.
31 Misirdən Allahın hüzuruna elçilər gələcək, Kuşlular da Ona əl açacaqlar.
32 Ey dünya ölkələri, Allaha ilahi söyləyin. Xudavəndi tərənnüm edin, Sela
33 Göylərin, ulu göylərin üstünə minəni, Güclü səslə gurlayanı dinləyin,
Zəbur 68 in Azərbaycan dilində Müqəddəs Kitab