Text copied!
Bibles in South Azerbaijani

Zəbur 68:12-26 in South Azerbaijani

Help us?

Zəbur 68:12-26 in Azərbaycan dilində Müqəddəs Kitab

12 «Düşmən orduları qaçır! Padşahları qaçır! Evdə olanlar Talan malını paylayırlar.
13 Siz ağıllar arasında yatanda Qanadları gümüş kimi bərq vuran, Tükləri isə qızıl kimi parlayan, Göyərçinə oxşayırsınız».
14 Külli-İxtiyar padşahları elə dağıtdı ki, Elə bil Salmon dağına göydən qar tökülür.
15 Ey Başan dağı, Allahın dağı, Ey zirvələri çox olan Başan dağı!
16 Ey zirvələri çox olan dağlar, Allah məskən salmaq üçün seçdiyi dağa Niyə qibtə ilə baxırsınız? Bəli, Rəbb orada əbədi yaşar.
17 Allahın döyüş arabaları var Minlərlə, saysız-hesabsız. Xudavənd onlarla birgə Sinadan müqəddəs məskəninə gəlib.
18 Ya Rəbb Allah, Sən yüksək yerlərə çıxıb məskən saldın, Əsir etdiyin düşmənləri Özünlə oraya apardın, Sən bütün insanlardan, Hətta üsyankarlardan da xərac aldın.
19 Xudavəndə, Bizi qurtaran Allaha – Hər gün qayğı yükümüzü çəkənə alqış olsun! Sela
20 Allahımız azad edən Allahdır, Ölümdən qurtaran Xudavənd Rəbdir.
21 Allah düşmənlərin kəlləsini, Günah içində yaşayanların tüklü təpəsini əzəcək.
22 Xudavənd belə dedi: «Onları Başandan geri qaytaracağam, Dənizin dibində olsalar belə, Oradan geri qaytaracağam.
23 Qoy ayaqların düşmənlərin qanına batsın, Bundan itlərinin dilləri də pay alıb yalasın».
24 Ey Allah, indi burada o zəfər yürüşün, Ey Allahım, Padşahım, müqəddəs yerə gəlişin görünür,
25 Öndə ilahi oxuyanlar, Arxalarından isə çalğıçılar, Aralarında dəfçalan qızlar gəlir.
26 Ey İsrailin belindən gələnlər, cəmiyyət içində Allahınız Rəbbə alqış edin.
Zəbur 68 in Azərbaycan dilində Müqəddəs Kitab