2 Şərəfli ismini tərənnüm edin, Ona şərəflə həmd edin!
3 Siz Allaha belə deyin: «Əməllərin nə qədər zəhmlidir! O qədər qüdrətlisən ki, Düşmənlərin qarşında diz çökür!
4 Bütün dünya Sənə səcdə edir, Səni tərənnüm edir, İsmini tərənnüm edir». Sela
5 Gəlin, Allahın işlərini, Bəşər övladları üçün etdiyi zəhmli əməllərini görün.
6 Dənizi quruya çevirdi, Çayın sularını saxlayıb xalqını piyada keçirtdi. Biz Allaha görə sevinək!
7 Qüdrəti ilə əbədi səltənət sürər, Günahkarlar Ona qarşı qalxmasın deyə Göz qoyub millətlərə nəzarət edər. Sela
8 Ey xalqlar, Allahımıza alqış edin, Ona həmd edin, səsiniz eşidilsin!
9 Odur canımızı qoruyan, Ayağımızı büdrəməyə qoymayan.
10 Ey Allah, bizi sınaqdan keçirtdin, Sən bizi gümüş kimi təmizləyib saflaşdırdın.