Text copied!
Bibles in South Azerbaijani

Zəbur 65:8-13 in South Azerbaijani

Help us?

Zəbur 65:8-13 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Dünyanın ucqarlarında yaşayanlar Sənin əlamətlərinə mat qalırlar. Gündoğandan günbatanadək bütün insanlar Sənə mədh oxuyurlar.
9 Yer üzünün qayğısına qalıb su verirsən, Onu çox məhsuldar edirsən. Ey Allah, çayın su ilə doludur, Torpağı taxıl üçün hazır edirsən.
10 Torpağın şırımlarını sulayırsan, Aralarını bərkidirsən, Gur yağışla torpağını yumşaldırsan, Məhsuluna bərəkət verirsən.
11 Yaxşılıqlarınla tac qoyursan, Yollarından yağ damır,
12 Çöl otlaqlarına tökülür, Təpələr sevincə bürünür.
13 Çəmənlərin sürülərlə dolur, Dərələrini taxıl bürüyür. Onlar cuşa gəlib tərənnüm söyləyir!
Zəbur 65 in Azərbaycan dilində Müqəddəs Kitab