Text copied!
Bibles in South Azerbaijani

Zəbur 65:2-9 in South Azerbaijani

Help us?

Zəbur 65:2-9 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Ey duaları eşidən, Bütün bəşər hüzuruna gələcək.
3 Mən günaha batmışdım, Lakin Sən üsyankarlığımızı kəffarə edirsən.
4 Nə bəxtiyardır evinin həyətlərində yaşayan, Seçib Özünə yaxın etdiyin insan! Biz Sənin evinin, müqəddəs məbədinin Nemətləri ilə doyacağıq!
5 Sən ey qurtuluşumuzun Allahı, Zəhmli işlərinlə ədalətini göstərirsən, Bizə cavab verirsən. Sən yer üzünün bütün ucqarlarının, Ən uzaq dənizlərin belə, ümidisən.
6 Sən qüdrətə bürünmüsən, Qüvvətinlə dağları möhkəmlətmisən.
7 Dənizlərin uğultusunu, Dalğaların gurultusunu, Ümmətlərin çaxnaşmasını Yatıran Sənsən.
8 Dünyanın ucqarlarında yaşayanlar Sənin əlamətlərinə mat qalırlar. Gündoğandan günbatanadək bütün insanlar Sənə mədh oxuyurlar.
9 Yer üzünün qayğısına qalıb su verirsən, Onu çox məhsuldar edirsən. Ey Allah, çayın su ilə doludur, Torpağı taxıl üçün hazır edirsən.
Zəbur 65 in Azərbaycan dilində Müqəddəs Kitab