Text copied!
Bibles in South Azerbaijani

Zəbur 60:2-9 in South Azerbaijani

Help us?

Zəbur 60:2-9 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Yeri lərzəyə salmısan, Torpağını dağıtmısan. Yarıqlarını yenə bitişdir, Çünki yer sarsılıb.
3 Öz xalqını çətinliyə salmısan, Şərab içirərək bizi səndələtmisən.
4 Səndən qorxanlara isə bayraq vermisən, Qoy onu həqiqət naminə qaldırsınlar. Sela
5 Sevdiyin insanların xilas olması üçün Sağ əlinlə bizi qurtar, mənə cavab ver!
6 Allah Öz müqəddəs məskənindən belə söylədi: «Şekemi sevinclə bölüşdürəcəyəm, Sukkot dərəsini böləcəyəm.
7 Gilead torpağı Mənimdir, Menaşşe torpağı da Mənimdir, Efrayim başımın dəbilqəsidir, Yəhuda Mənim əsamdır.
8 Moav yuyunmaq üçün ləyənimdir, Çarığımı ataraq Edomu tutacağam, Zəfər harayını Filiştə salacağam».
9 Kim məni istehkamlı şəhərə apara bilər? Kim mənə Edoma qədər yol göstərər?
Zəbur 60 in Azərbaycan dilində Müqəddəs Kitab