Text copied!
Bibles in South Azerbaijani

Zəbur 59:5-14 in South Azerbaijani

Help us?

Zəbur 59:5-14 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Ya Rəbb, Ordular Rəbbi, İsrailin Allahı! Bütün millətlərə cəza vermək üçün oyan, Xəyanətkar pislərin heç birinə rəhm etmə. Sela
6 Bu pis adamlar axşamüstü qayıdırlar, Köpək kimi mırıldayırlar, Şəhərdə sülənib-dolaşırlar.
7 Gör dodaqlarından nələr tökülür, Ağızlarından qılınclar çıxır. Onlar zənn edirlər ki, eşidən yoxdur.
8 Lakin, ya Rəbb, Sən onlara gülürsən, Bütün millətlərə rişxənd edirsən.
9 Ey mənə qüvvət verən, Səni gözləyirəm! Ey Allahım, qalamsan,
10 Mənə məhəbbətini göstərirsən! Ey Allah, imdad etmək üçün çıxacaqsan, Düşmənlərimin qırılmasını mənə göstərəcəksən.
11 Ey Xudavənd, Sənsən sipərimiz! Xalqımın yadında qalsın deyə Düşmənləri qırma, lakin gücünlə Onları dağıdaraq məğlub et.
12 Günahkar dillərinə görə, Ağızlarının sözlərinə görə Təkəbbürlülərin tələsinə özləri düşsünlər. Yağdırdıqları lənətlərə görə, Dedikləri yalanlara görə
13 Onları qəzəbinlə məhv et, Məhv et, qoy bir nişanə qalmasın. Qoy insanlar bilsinlər: Allah səltənət sürür Yaqub nəslinin üzərində, Ta ucqarlara qədər yer üzərində. Sela
14 Bu pis adamlar axşamüstü qayıdırlar, Köpək kimi mırıldayırlar, Şəhərdə sülənib-dolaşırlar.
Zəbur 59 in Azərbaycan dilində Müqəddəs Kitab