13 Onları qəzəbinlə məhv et, Məhv et, qoy bir nişanə qalmasın. Qoy insanlar bilsinlər: Allah səltənət sürür Yaqub nəslinin üzərində, Ta ucqarlara qədər yer üzərində. Sela
14 Bu pis adamlar axşamüstü qayıdırlar, Köpək kimi mırıldayırlar, Şəhərdə sülənib-dolaşırlar.
15 Avara-avara gəzib yem axtarırlar, Doyunca tapmasalar, gecə boyu ulayırlar.
16 Mən isə Sənin qüdrətini tərənnüm edəcəyəm, Sübh tezdən məhəbbətini mədh edəcəyəm. Çünki Sən mənə qala olmusan, Dar günümdə mənim pənahımsan.