Text copied!
Bibles in South Azerbaijani

Zəbur 58:3-9 in South Azerbaijani

Help us?

Zəbur 58:3-9 in Azərbaycan dilində Müqəddəs Kitab

3 Pis adamlar ana bətnindən belə, azğındırlar, Çaşıblar, doğulan gündən belə, yalançıdırlar.
4 Onlar əfi ilan kimi zəhərlidirlər, Qulaqlarını tıxayan gürzəyə bənzəyirlər.
5 Onlar ilanoynadanın səsinə gəlmir, Usta bir ovsunçu onu ovsunlaya bilmir.
6 Ey Allah, onların ağızlarındakı dişlərini qır, Ya Rəbb, bu gənc aslanların dişlərini çıxar.
7 Qoy onlar su kimi axıb yox olsun, Kaman üstündəki oxlarının ucları qırılsın.
8 İlbiz kimi gedərkən ərisinlər, Ölü doğulan körpələr kimi günəş nuru görməsinlər.
9 Ocaqda qazanlarını qızdırmazdan əvvəl kol-kosları sovrulsun, Nə qurularından, nə də yaşlarından heç nə qalmasın.
Zəbur 58 in Azərbaycan dilində Müqəddəs Kitab