Text copied!
Bibles in South Azerbaijani

Zəbur 55:3-10 in South Azerbaijani

Help us?

Zəbur 55:3-10 in Azərbaycan dilində Müqəddəs Kitab

3 Düşmənin səsindən, Zalımların zülmündən narahatam. Məni onların şər işləri sarsıdır, Onlar qəzəblə mənə qəsd-qərəz qurur.
4 Köksümdəki ürəyim sancır, Ölüm dəhşəti üzərimə düşdü.
5 Mənə qorxu və titrətmə gəlib, Canımı vicvicə bürüyüb.
6 Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı, Uçub rahatlıq tapaydım.
7 Doğrudan da, uzaqlara qaçardım, Çöllərdə məskən salardım. Sela
8 Bu sərt yellərdən, qasırğalardan Daldalanmaq üçün tez bir yerə gedəydim».
9 Ey Xudavənd, bu şəhəri alt-üst et, Oradakıların dillərinə ayrılıq sal. Orada zorakılıq, dava gördüm;
10 Bunlar gecə-gündüz divarlarının üstündə dolanır, Pislik və şər şəhərin içindədir,
Zəbur 55 in Azərbaycan dilində Müqəddəs Kitab