Text copied!
Bibles in South Azerbaijani

Zəbur 55:10-19 in South Azerbaijani

Help us?

Zəbur 55:10-19 in Azərbaycan dilində Müqəddəs Kitab

10 Bunlar gecə-gündüz divarlarının üstündə dolanır, Pislik və şər şəhərin içindədir,
11 Aralarında qırğın var, Meydanlarından hədə-qorxu və fırıldaq çıxır.
12 Əgər məni düşmən təhqir etsəydi, dözərdim, Yağı qarşımda qürrələnsəydi, gizlənərdim.
13 Amma bunu sən etdin, ey rəfiqim, Ey yoldaşım, ürək həmdəmim.
14 Səninlə şirin-şirin söhbət edərdik, Allah evinə birgə gedərdik.
15 Qoy düşmənlərə qəfil ölüm gəlsin, Onlar diri-diri ölülər diyarına düşsün, Çünki şər onların evində və qəlbindədir.
16 Mənsə Allahı səsləyərəm, Rəbb məni xilas edər.
17 Səhər, günorta, axşam nalə çəkirəm, Ah-zar edirəm, O, səsimi eşidir.
18 Çoxları əleyhimə çıxır, Amma O, canımı döyüşdən qoruyur.
19 Əzəldən bəri taxtında oturan Allah Məni eşidib onları zəlil edəcək. Sela Çünki onlar əsla dəyişməz, Allahdan qorxmurlar.
Zəbur 55 in Azərbaycan dilində Müqəddəs Kitab