Text copied!
Bibles in South Azerbaijani

Zəbur 51:1-6 in South Azerbaijani

Help us?

Zəbur 51:1-6 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Davudun Bat-Şeva ilə olan münasibətinə görə Natan peyğəmbər onun yanına gəlib irad tutandan sonra. Məhəbbətinə görə, ey Allah, mənə rəhm et, Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil.
2 Təqsirimi tamamilə yu, Günahımdan məni təmizlə.
3 Çünki qanunsuzluqlarımı bilirəm, Günahım daim gözümün qarşısındadır.
4 Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, Gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətlisən, Məni məhkum etməkdə haqlısan.
5 Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram.
6 Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət.
Zəbur 51 in Azərbaycan dilində Müqəddəs Kitab