Text copied!
Bibles in South Azerbaijani

Zəbur 50:4-18 in South Azerbaijani

Help us?

Zəbur 50:4-18 in Azərbaycan dilində Müqəddəs Kitab

4 O, xalqını mühakimə etmək üçün Yuxarıdakı göyü və yeri şahid çağırır:
5 «Hüzuruma möminlərimi, Qurban verib Mənimlə əhd bağlayanları yığın!»
6 Göylər ədalətini bəyan edir, Çünki hakim Allahın Özüdür. Sela
7 «Danışıram, dinlə Məni, ey xalqım! Ey İsrail, əleyhinə şəhadət edirəm. Allaham, sənin Allahın Mənəm.
8 Qurbanlarından ötrü səni tənbeh etmirəm, Yandırma qurbanlarını həmişə görürəm.
9 Tövləndəki buğanı, ağılındakı təkəni Səndən qəbul etmirəm.
10 Çünki Mənimdir bütün meşələrdə olan heyvanlar, Minlərlə dağda otlayan mal-qaralar.
11 Dağlardakı bütün quşları tanıyıram, Bütün çöl heyvanları əlimin altındadır.
12 Acsam, sənə demərəm, Çünki dünyaya, dünyadakı hər şeyə sahibəm!
13 Məgər Mən buğa əti yeyirəm? Məgər Mən təkə qanı içirəm?
14 Şükür qurbanını Allaha təqdim et, Haqq-Taalaya əhd etdiyin təqdimlərini ver.
15 Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, Sən də Məni şərəfləndirəcəksən».
16 Pislərəsə Allah deyir: «Qaydalarımı əzbər söyləməyə haqqınız varmı? Əhdimi dilə gətirməyə haqqınız varmı?
17 Mənim iradıma nifrət edirsən, Sözlərimi qulaq ardına vurursan.
18 Bir oğru görəndə ona qoşulursan, Zinakarlara yoldaş olursan.
Zəbur 50 in Azərbaycan dilində Müqəddəs Kitab