Text copied!
Bibles in South Azerbaijani

Zəbur 4:2-7 in South Azerbaijani

Help us?

Zəbur 4:2-7 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Ey insan övladları, nə vaxtadək Şərəfimi rüsvayçılığa çevirəcəksiniz? Nə vaxtadək boş şeylərə meyl göstərib Yalan axtaracaqsınız? Sela
3 Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb; Nə vaxt Rəbbi çağırsam, məni eşidir.
4 Qorxub-titrəyin, günah etməyin, Yatağınızda olarkən ürəyinizdə düşünün, dinməyin. Sela
5 Salehlik qurbanları kəsin, Rəbbə güvənin.
6 Çoxları deyir: «Kim bizə yaxşılıq edəcək?» Ya Rəbb, üzünün nurunu üstümüzə sal.
7 Onların bol taxıl və təzə şəraba görə sevindiklərindən də çox Mənim qəlbimə sevinc verdin.
Zəbur 4 in Azərbaycan dilində Müqəddəs Kitab