Text copied!
Bibles in South Azerbaijani

Zəbur 49:9-18 in South Azerbaijani

Help us?

Zəbur 49:9-18 in Azərbaycan dilində Müqəddəs Kitab

9 İnsan əbədi ömür sürsün, Məzarı heç görməsin.
10 Aydındır ki, həm hikmətlilər ölür, Həm axmaqlar, həm də səfehlər tələf olur, Hamının sərvəti başqasına nəsib olur.
11 Torpaqlara sahib olsalar belə, Son mənzilləri qəbirdir, Yenə nəsillərdən-nəsillərədək yerləri məzardır.
12 İnsan dəyərli olsa da, qalmır, Həlak olan heyvana oxşayır.
13 Özünə güvənənlərin yolu ölümə aparır, Özündən razı lovğaların sonu belədir. Sela
14 Onlar sürü kimi ölülər diyarına aparılar, Onları ölüm otarar. Səhər açılanda əməlisalehlər onlara hakim olar. Yurd-yuvasından uzaq bir yerdə, ölülər diyarında Cəsədləri çürüyüb qalar.
15 Amma Allah ölülər diyarının əlindən canımı qurtaracaq, Məni oradan alacaq. Sela
16 Qorxma bir adam varlı olanda, Evinə sərvət yığılanda.
17 Çünki öləndə heç nə apara bilməz, Sərvəti ardınca getməz.
18 Sağ ikən özünü xoşbəxt saysa da, Uğur qazananda təriflənsə də,
Zəbur 49 in Azərbaycan dilində Müqəddəs Kitab