6 Onlar var-dövlətlərinə güvənirlər, Bol sərvətləri ilə öyünürlər.
7 Amma kimsə öz ömrünü satın ala bilməz, Həyatının haqqını Allaha ödəyə bilməz.
8 Çünki insanın canının haqqı çox dəyərlidir, Ən üstün qiymətlər ona kifayət etmir ki,
9 İnsan əbədi ömür sürsün, Məzarı heç görməsin.
10 Aydındır ki, həm hikmətlilər ölür, Həm axmaqlar, həm də səfehlər tələf olur, Hamının sərvəti başqasına nəsib olur.
11 Torpaqlara sahib olsalar belə, Son mənzilləri qəbirdir, Yenə nəsillərdən-nəsillərədək yerləri məzardır.
12 İnsan dəyərli olsa da, qalmır, Həlak olan heyvana oxşayır.
13 Özünə güvənənlərin yolu ölümə aparır, Özündən razı lovğaların sonu belədir. Sela
14 Onlar sürü kimi ölülər diyarına aparılar, Onları ölüm otarar. Səhər açılanda əməlisalehlər onlara hakim olar. Yurd-yuvasından uzaq bir yerdə, ölülər diyarında Cəsədləri çürüyüb qalar.