Text copied!
Bibles in South Azerbaijani

Zəbur 45:3-9 in South Azerbaijani

Help us?

Zəbur 45:3-9 in Azərbaycan dilində Müqəddəs Kitab

3 Ey cəngavər, qılıncını belinə bağla, Əzəmətini, ehtişamını göstər.
4 Həqiqət, itaətkarlıq və salehlik naminə Döyüş arabasına qalx, Əzəmətinlə uğur qazan. Qoy sağ əlindən möhtəşəm işlər gəlsin.
5 Nə itidir oxların, Padşahın düşmənlərinin köksünə saplanır. Xalqlar ayağının altına yıxılır.
6 Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır.
7 Salehliyi sevib pisliyə nifrət edirsən. Ona görə Allah, sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox səni məsh edib.
8 Bütün paltarlarından Mirra, əzvay və Çin darçınının ətri gəlir. Fil dişindən olan saraylarından Səni şənləndirən simli alətlərin sədası gəlir.
9 Şərəfə çatdırdığın qadınlar arasında Şahzadə xanımlar da var. Mələkə olacaq qız sağ qoluna girib, Ofir qızıllarına bürünüb.
Zəbur 45 in Azərbaycan dilində Müqəddəs Kitab