Text copied!
Bibles in South Azerbaijani

Zəbur 44:20-26 in South Azerbaijani

Help us?

Zəbur 44:20-26 in Azərbaycan dilində Müqəddəs Kitab

20 Allahımızın ismini unutmuş olsaydıq, Yad allaha əl açmış olsaydıq,
21 Allah bunu araşdırmazdımı? Çünki qəlbin hər sirrini bilən Odur.
22 Biz gün boyu Sənin uğrunda öldürülürük, Qurbanlıq qoyunlar sayılırıq.
23 Ey Xudavənd, oyan, niyə yatmısan? Qalx, bizi əbədilik atma!
24 Niyə üzünü bizdən gizlədirsən? Əzab-əziyyətimizi nə üçün unutdun?
25 Qəlbimiz palçıq kimi əzilmişdir, Qəddimiz əyilib yerə dəyir.
26 Qalx, bizə kömək et, Bizi məhəbbətin naminə xilas et!
Zəbur 44 in Azərbaycan dilində Müqəddəs Kitab