Text copied!
Bibles in South Azerbaijani

Zəbur 44:2-20 in South Azerbaijani

Help us?

Zəbur 44:2-20 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Öz əlinlə millətləri torpaqlarından götürdün, Atalarımızı orada yerləşdirdin. Xalqlara bəla verdin, Atalarımızın soyunu şaxələndirdin.
3 Onlar qılıncları ilə deyil, Sənin sağ əlinlə torpaqlara sahib oldular. Öz qolları deyil, Sənin sağ qolun onlara zəfər qazandırdı. Onlara üzündən nur verdin, Çünki Sən onları sevirdin.
4 Ey mənim Allahım, Sənsən Padşahım, Əmr et, Yaqub nəsli qələbə çalsın.
5 Köməyinlə düşmənlərimizi devirək, İsminlə əleyhdarlarımızı əzək.
6 Ox-kamanıma güvənmərəm, Qılıncım məni qurtarmaz.
7 Yalnız Sən bizi düşmənlərimizdən xilas etdin, Bizə nifrət edənləri rüsvay etdin!
8 Gün boyu Allahla fəxr edirik, İsminə sonsuza qədər şükür edirik. Sela
9 İndi isə bizi atıb rüsvay etmisən, Ordularımızla yürüşə çıxmırsan.
10 Düşmənin qarşısından bizi geriyə qovursan, Bizə nifrət edənlər bizi soyub-talayır.
11 Bizi kəsilməyə gedən qoyun kimi etdin, Sən bizi millətlər arasına səpdin.
12 Öz xalqını yaman ucuz satdın, Onların dəyərindən çox qazanmadın.
13 Bizi qonşularımıza tənə hədəfi etdin, Ələ salıb lağ edənlərlə yan-yörəmizi doldurdun.
14 Bizi millətlərin dilinə saldın, Ümmətlərin gülüş hədəfinə döndərdin.
15 Rüsvayçılığım daim qarşımı kəsir, Bu xəcalətin üzündən,
16 Təhqir, söyüş sözlərindən, Düşməndən, qisasçıdan üzümü gizlədirəm.
17 Səni unutmadığımız, Əhdinə xəyanət etmədiyimiz halda Bunların hamısı başımıza gəldi.
18 Səndən qəlbimiz dönmədiyi, Yolundan ayaqlarımız büdrəmədiyi halda
19 Sən bizi çaqqalların diyarında əzdin, Qatı zülmətə qərq etdin.
20 Allahımızın ismini unutmuş olsaydıq, Yad allaha əl açmış olsaydıq,
Zəbur 44 in Azərbaycan dilində Müqəddəs Kitab