Text copied!
Bibles in South Azerbaijani

Zəbur 44:1-8 in South Azerbaijani

Help us?

Zəbur 44:1-8 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Musiqi rəhbəri üçün. Qorah övladlarının maskili. Ey Allah, öz qulağımızla eşitmişik ki, Ata-babalarımızdan bizə çatıb ki, Onların dövründə, qədim zamanda Sən hansı işləri görmüsən.
2 Öz əlinlə millətləri torpaqlarından götürdün, Atalarımızı orada yerləşdirdin. Xalqlara bəla verdin, Atalarımızın soyunu şaxələndirdin.
3 Onlar qılıncları ilə deyil, Sənin sağ əlinlə torpaqlara sahib oldular. Öz qolları deyil, Sənin sağ qolun onlara zəfər qazandırdı. Onlara üzündən nur verdin, Çünki Sən onları sevirdin.
4 Ey mənim Allahım, Sənsən Padşahım, Əmr et, Yaqub nəsli qələbə çalsın.
5 Köməyinlə düşmənlərimizi devirək, İsminlə əleyhdarlarımızı əzək.
6 Ox-kamanıma güvənmərəm, Qılıncım məni qurtarmaz.
7 Yalnız Sən bizi düşmənlərimizdən xilas etdin, Bizə nifrət edənləri rüsvay etdin!
8 Gün boyu Allahla fəxr edirik, İsminə sonsuza qədər şükür edirik. Sela
Zəbur 44 in Azərbaycan dilində Müqəddəs Kitab