Text copied!
Bibles in South Azerbaijani

Zəbur 39:2-11 in South Azerbaijani

Help us?

Zəbur 39:2-11 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Dilimi saxlayıb susdum, Yaxşılığa belə, danışmadım. Dərdlərim ağırlaşdı,
3 Köksümdəki qəlbimə köz doldu. Dərin düşünəndə yanıb-yaxıldım, Dilimlə belə dedim:
4 «Ya Rəbb, mənə bildir, Aqibətim necə olacaq? Ömrümün günləri nə qədər qalıb? Qoy nə qədər fani olduğumu anlayım!
5 Budur, günlərim ovcuna sığdı, Ömrüm qarşında heç oldu. Bəli, insan sadəcə bir nəfəsdir. Sela
6 Əlbəttə, insan kölgə kimi dolaşır, Həqiqətən, o boş yerə çarpışır, Var-dövlət yığır, kimə qalacağını bilmir.
7 Ey Xudavənd, indi mən nə gözləyim? Mənim ümidim Sənsən!
8 Məni bütün təqsirlərimdən qurtar, Məni axmaqların tənəsinə hədəf etmə.
9 Susdum, ağzımı açmadım, Çünki Sən bunu etdin!
10 Göndərdiyin bəlanı mənim üstümdən götür, Əlinin zərbəsindən gör necə əzildim.
11 İnsanı təqsirinə görə məzəmmət edən zaman Arzularını güvə kimi dağıdırsan. Bəli, insan sadəcə bir nəfəsdir. Sela
Zəbur 39 in Azərbaycan dilində Müqəddəs Kitab