Text copied!
Bibles in South Azerbaijani

Zəbur 37:24-37 in South Azerbaijani

Help us?

Zəbur 37:24-37 in Azərbaycan dilində Müqəddəs Kitab

24 Bu insan büdrəsə də, yıxılmaz, Çünki Rəbb onun əlindən tutar.
25 Gəncliyimdən qocalığımadək Salehin tərk edildiyini, Nəslinin çörək üçün diləndiyini görməmişəm.
26 O hər zaman səxavətlə borc verər, Övladlarına xeyir-dua gələr.
27 Şərdən çəkinib yaxşılıq et ki, Ölkədə əbədi məskən sala biləsən.
28 Çünki Rəbb ədaləti sevir, Heç zaman möminlərini tərk etmir. Salehlər daim müdafiə olunacaq, Pislər nəsilliklə kəsilib atılacaq.
29 Salehlər ölkəni mülk olaraq alacaq, Onlar orada əbədi məskən salacaq.
30 Salehin ağzından hikmət çıxar, Dili haqq söz danışar.
31 Çünki Allahın qanunu ürəyindədir, Ayaqları büdrəmir.
32 Pis adam salehi güdür, Onu öldürmək üçün fürsət axtarır.
33 Rəbb salehi pisin əlinə düşməyə qoymaz, Ona ittiham oxunanda məhkum olmaz.
34 Rəbbi gözlə, Onun yolunu tut, O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək. Pislərin kəsilib atılacağı zamanı görəcəksən.
35 Münbit torpaqda yaşıl ağac tək bitən, Kök salan zalım, pis adamı görmüşdüm.
36 O keçib-getdi, yeri boş qaldı, Onu axtararkən tapa bilmədim.
37 Kamil adama bax, əməlisaleh insana nəzər yetir, Gələcək sülhsevən adama bəxş ediləcək.
Zəbur 37 in Azərbaycan dilində Müqəddəs Kitab