Text copied!
Bibles in South Azerbaijani

Zəbur 35:4-19 in South Azerbaijani

Help us?

Zəbur 35:4-19 in Azərbaycan dilində Müqəddəs Kitab

4 Canımın qəsdinə duranlar Qoy utanıb rüsvay olsunlar, Mənə qarşı pis niyyəti olanlar Geri qovulub biabır olsunlar.
5 Saman çöpü tək olsunlar, onları yel sovursun, Rəbbin mələyi onları silib atsın.
6 Qoy yolları zülmət, sürüşkən olsun, Qoy Rəbbin mələyi onları qovsun.
7 Çünki nahaq yerə mənə tələ qurdular, Nahaqdan canım üçün quyu qazdılar.
8 Qoy başlarına qəfil fəlakət gəlsin, Qurduqları tələyə özləri düşsün, Hazırladıqları bəlaya düçar olsunlar.
9 Onda canım Rəblə şad olacaq, Məni qurtardığı üçün qəlbim fərəh tapacaq.
10 Bütün varlığımla belə deyəcəyəm: «Ya Rəbb, Sənin kimisi varmı? Məzlumu ondan güclünün əlindən, Məzlumu və fəqiri istismarçının əlindən azad edirsən».
11 Amansız şahidlər qalxırlar, Yalandan üzümə dururlar.
12 Yaxşılığımın əvəzində onlardan yamanlıq görürəm, Əzizi ölən bir adama bənzəyirəm.
13 Vaxtı ilə onlar xəstələnərkən Çul geyib, oruc tutub canıma zülm edirdim, Başımı aşağı salıb dua edirdim.
14 Onları özümə dost və qardaş bilirdim. Anası üçün yas tutan adam tək Bükülüb hüznlə gəzirdim.
15 Lakin mən büdrəyərkən Bir yerə toplaşıb sevindilər. Tanımadığım əclaflar mənə qarşı toplaşdılar. Dayanmadan məni didirdilər,
16 Şikəstləri təhqir edən allahsızlar kimi Mənə dişlərini qıcayırdılar.
17 Ey Xudavənd, nə vaxta qədər buna baxacaqsan? Canımı məhv edilməkdən, Həyatımı bu gənc aslanlardan qurtar.
18 Çoxlu camaat arasında Sənə şükür edəcəyəm, Çoxsaylı xalq arasında Sənə həmd edəcəyəm.
19 Qoyma haqsız düşmənlərim mənə görə sevinsin, Mənə nahaqdan nifrət edənlər bir-birinə göz vursun.
Zəbur 35 in Azərbaycan dilində Müqəddəs Kitab