Text copied!
Bibles in South Azerbaijani

Zəbur 35:3-9 in South Azerbaijani

Help us?

Zəbur 35:3-9 in Azərbaycan dilində Müqəddəs Kitab

3 Nizəni tutub ardımca düşənlərin yolunu kəs, Qəlbimə söylə: «Səni qurtaran Mənəm».
4 Canımın qəsdinə duranlar Qoy utanıb rüsvay olsunlar, Mənə qarşı pis niyyəti olanlar Geri qovulub biabır olsunlar.
5 Saman çöpü tək olsunlar, onları yel sovursun, Rəbbin mələyi onları silib atsın.
6 Qoy yolları zülmət, sürüşkən olsun, Qoy Rəbbin mələyi onları qovsun.
7 Çünki nahaq yerə mənə tələ qurdular, Nahaqdan canım üçün quyu qazdılar.
8 Qoy başlarına qəfil fəlakət gəlsin, Qurduqları tələyə özləri düşsün, Hazırladıqları bəlaya düçar olsunlar.
9 Onda canım Rəblə şad olacaq, Məni qurtardığı üçün qəlbim fərəh tapacaq.
Zəbur 35 in Azərbaycan dilində Müqəddəs Kitab