Text copied!
Bibles in South Azerbaijani

Zəbur 35:16-24 in South Azerbaijani

Help us?

Zəbur 35:16-24 in Azərbaycan dilində Müqəddəs Kitab

16 Şikəstləri təhqir edən allahsızlar kimi Mənə dişlərini qıcayırdılar.
17 Ey Xudavənd, nə vaxta qədər buna baxacaqsan? Canımı məhv edilməkdən, Həyatımı bu gənc aslanlardan qurtar.
18 Çoxlu camaat arasında Sənə şükür edəcəyəm, Çoxsaylı xalq arasında Sənə həmd edəcəyəm.
19 Qoyma haqsız düşmənlərim mənə görə sevinsin, Mənə nahaqdan nifrət edənlər bir-birinə göz vursun.
20 Çünki onlar sülh üçün danışmırlar, Sözləri ilə ölkənin dinc sakinlərinə fənd qururlar.
21 Ağızlarını üstümə iri açıb belə deyirlər: «Aha! Aha! Bax, öz gözümüzlə gördük».
22 Ya Rəbb, bunu gördün, indi susma, Ey Xudavənd, məndən uzaq durma.
23 Ey Xudavənd Allahım, oyan, qalx, Bu mübarizəmdən qoy mən haqlı çıxım.
24 Ədalətinə görə mənə bəraət qazandır, Ya Rəbb Allahım, qoyma mənə görə sevinsinlər.
Zəbur 35 in Azərbaycan dilində Müqəddəs Kitab