Text copied!
Bibles in South Azerbaijani

Zəbur 35:1-10 in South Azerbaijani

Help us?

Zəbur 35:1-10 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Davudun məzmuru. Ya Rəbb, mənimlə çəkişənlərlə Sən çəkiş. Mənimlə döyüşənlərlə Sən döyüş.
2 Qalxan və sipərini əlinə al, Qalx, mənim imdadıma çat.
3 Nizəni tutub ardımca düşənlərin yolunu kəs, Qəlbimə söylə: «Səni qurtaran Mənəm».
4 Canımın qəsdinə duranlar Qoy utanıb rüsvay olsunlar, Mənə qarşı pis niyyəti olanlar Geri qovulub biabır olsunlar.
5 Saman çöpü tək olsunlar, onları yel sovursun, Rəbbin mələyi onları silib atsın.
6 Qoy yolları zülmət, sürüşkən olsun, Qoy Rəbbin mələyi onları qovsun.
7 Çünki nahaq yerə mənə tələ qurdular, Nahaqdan canım üçün quyu qazdılar.
8 Qoy başlarına qəfil fəlakət gəlsin, Qurduqları tələyə özləri düşsün, Hazırladıqları bəlaya düçar olsunlar.
9 Onda canım Rəblə şad olacaq, Məni qurtardığı üçün qəlbim fərəh tapacaq.
10 Bütün varlığımla belə deyəcəyəm: «Ya Rəbb, Sənin kimisi varmı? Məzlumu ondan güclünün əlindən, Məzlumu və fəqiri istismarçının əlindən azad edirsən».
Zəbur 35 in Azərbaycan dilində Müqəddəs Kitab