Text copied!
Bibles in South Azerbaijani

Zəbur 34:5-17 in South Azerbaijani

Help us?

Zəbur 34:5-17 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Rəbbə baxan nur saçar, Üzü qızarmaz.
6 Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi, Bütün əzablarımdan məni xilas etdi.
7 Rəbdən qorxanları Onun mələyi müdafiə edər, Onlara zəfər verər.
8 Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər!
9 Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun, Ondan qorxan heç nəyə möhtac qalmaz.
10 Gənc aslanlar ac-yalavac qaldılar, Lakin Rəbbi axtaranlar Heç bir yaxşı şeydən korluq çəkməzlər.
11 Gəlin, ey övladlar, məni dinləyin, Rəbb qorxusunu sizə öyrədim:
12 Kim həyatdan kam almaq istəyirsə, Uzun ömür sürüb xoş gün görmək istəyirsə,
13 Qoy dilini şərdən, Ağzını fırıldaq üçün işlətməkdən qorusun,
14 Qoy şərdən çəkinib yaxşılıq etsin, Sülhü axtarıb ardınca getsin!
15 Rəbbin gözü salehlərin üzərindədir, Qulaqları onların fəryadlarına açıqdır.
16 Rəbbin üzü şər iş görənlərə qarşıdır, Yer üzündə onlardan nişanə qoymayacaq.
17 Salehlər fəryad çəkəndə Rəbb eşidir, Onları bütün əzablarından azad edir.
Zəbur 34 in Azərbaycan dilində Müqəddəs Kitab