Text copied!
Bibles in South Azerbaijani

Zəbur 34:2-12 in South Azerbaijani

Help us?

Zəbur 34:2-12 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Rəblə könlüm fəxr edir, Ey məzlumlar, eşidib sevinin!
3 Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq.
4 Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi.
5 Rəbbə baxan nur saçar, Üzü qızarmaz.
6 Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi, Bütün əzablarımdan məni xilas etdi.
7 Rəbdən qorxanları Onun mələyi müdafiə edər, Onlara zəfər verər.
8 Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər!
9 Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun, Ondan qorxan heç nəyə möhtac qalmaz.
10 Gənc aslanlar ac-yalavac qaldılar, Lakin Rəbbi axtaranlar Heç bir yaxşı şeydən korluq çəkməzlər.
11 Gəlin, ey övladlar, məni dinləyin, Rəbb qorxusunu sizə öyrədim:
12 Kim həyatdan kam almaq istəyirsə, Uzun ömür sürüb xoş gün görmək istəyirsə,
Zəbur 34 in Azərbaycan dilində Müqəddəs Kitab