Text copied!
Bibles in South Azerbaijani

Zəbur 34:1-8 in South Azerbaijani

Help us?

Zəbur 34:1-8 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Davudun məzmuru. O, Avimelekin önündə özünü dəli kimi göstərib qovulanda. Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək.
2 Rəblə könlüm fəxr edir, Ey məzlumlar, eşidib sevinin!
3 Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq.
4 Rəbbə üz tutdum, O mənə cavab verdi, O hər bir dəhşətdən məni xilas etdi.
5 Rəbbə baxan nur saçar, Üzü qızarmaz.
6 Mən məzlum, Rəbbi çağırdım, O məni eşitdi, Bütün əzablarımdan məni xilas etdi.
7 Rəbdən qorxanları Onun mələyi müdafiə edər, Onlara zəfər verər.
8 Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər!
Zəbur 34 in Azərbaycan dilində Müqəddəs Kitab