Text copied!
Bibles in South Azerbaijani

Zəbur 33:2-10 in South Azerbaijani

Help us?

Zəbur 33:2-10 in Azərbaycan dilində Müqəddəs Kitab

2 Lira çalın, Rəbbə şükür edin, On telli çənglə Onu tərənnüm edin,
3 Ona yeni bir nəğmə oxuyun, Sevinc nidaları ilə çalın.
4 Çünki Rəbbin sözü haqdır, Hər işini sədaqətlə aparır.
5 Rəbb salehliyi və ədaləti sevir, Yer üzü Onun məhəbbəti ilə dolur.
6 Göylər Rəbbin sözü ilə, Səma cisimləri Onun hökmü ilə yarandı.
7 Dənizin sularını bir yerə yığdı, Dərin suları anbarlarda saxladı.
8 Qoy bütün dünya Rəbdən qorxsun, Bütün yer üzünün əhalisi Onu şərəfləndirsin.
9 Çünki nə söylədi, mövcud oldu, Nə əmr etdi, quruldu.
10 Rəbb millətlərin məsləhətini puç edər, Xalqların məqsədini heç edər.
Zəbur 33 in Azərbaycan dilində Müqəddəs Kitab