Text copied!
Bibles in South Azerbaijani

Zəbur 33:10-18 in South Azerbaijani

Help us?

Zəbur 33:10-18 in Azərbaycan dilində Müqəddəs Kitab

10 Rəbb millətlərin məsləhətini puç edər, Xalqların məqsədini heç edər.
11 Lakin Rəbbin məsləhəti əbədi olar, Ürəyinin məqsədi nəsillər ötsə də, qalar.
12 Nə bəxtiyardır o millət ki Allahı Rəbdir, O xalq ki Rəbb onu irs olaraq seçmişdir.
13 Rəbb göylərdən baxır, Bütün bəşər övladlarını görür,
14 Taxtında oturduğu yerdən Bütün dünya əhalisini görür.
15 Odur hər bir insanın ürəyini yaradan, Əməllərini anlayan.
16 Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz, Qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz.
17 Qələbə üçün at boş şeydir, Qüvvətinin çoxluğu ilə bir kimsə xilas olmaz.
18 Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar.
Zəbur 33 in Azərbaycan dilində Müqəddəs Kitab