Text copied!
Bibles in South Azerbaijani

Zəbur 33:1-11 in South Azerbaijani

Help us?

Zəbur 33:1-11 in Azərbaycan dilində Müqəddəs Kitab

1 Ey salehlər, Rəbbi mədh edin, Ürəyidüz olanlara həmd söyləmək yaraşır.
2 Lira çalın, Rəbbə şükür edin, On telli çənglə Onu tərənnüm edin,
3 Ona yeni bir nəğmə oxuyun, Sevinc nidaları ilə çalın.
4 Çünki Rəbbin sözü haqdır, Hər işini sədaqətlə aparır.
5 Rəbb salehliyi və ədaləti sevir, Yer üzü Onun məhəbbəti ilə dolur.
6 Göylər Rəbbin sözü ilə, Səma cisimləri Onun hökmü ilə yarandı.
7 Dənizin sularını bir yerə yığdı, Dərin suları anbarlarda saxladı.
8 Qoy bütün dünya Rəbdən qorxsun, Bütün yer üzünün əhalisi Onu şərəfləndirsin.
9 Çünki nə söylədi, mövcud oldu, Nə əmr etdi, quruldu.
10 Rəbb millətlərin məsləhətini puç edər, Xalqların məqsədini heç edər.
11 Lakin Rəbbin məsləhəti əbədi olar, Ürəyinin məqsədi nəsillər ötsə də, qalar.
Zəbur 33 in Azərbaycan dilində Müqəddəs Kitab