Text copied!
Bibles in South Azerbaijani

Zəbur 27:8-14 in South Azerbaijani

Help us?

Zəbur 27:8-14 in Azərbaycan dilində Müqəddəs Kitab

8 Sən dedin: «Üzümü axtarın». Ya Rəbb, mən Sənin üzünü axtarıram.
9 Üzünü məndən gizlətmə, Qulunu qəzəblə qovma. Mənə Sən kömək etmisən, Məni atma, tərk etmə, Ey məni qurtaran Allahım!
10 Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər.
11 Ya Rəbb, yolunu mənə öyrət, Düşmənlərimdən ötrü mənə düz yolda rəhbərlik et.
12 Məni düşmənlərin əlinə salma, Çünki yalançı şahidlər, zorakılar əleyhimə qalxdılar.
13 Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm, Buna şübhəm yoxdur.
14 Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol! Rəbbə ümid bağla!
Zəbur 27 in Azərbaycan dilində Müqəddəs Kitab