Text copied!
Bibles in South Azerbaijani

Zəbur 26:3-12 in South Azerbaijani

Help us?

Zəbur 26:3-12 in Azərbaycan dilində Müqəddəs Kitab

3 Məhəbbətin gözümün önündə durur, Sənin sədaqətinlə gəzirəm.
4 Yalançı insanlarla oturmuram, İkiüzlülərlə yoldaşlıq etmirəm,
5 Yaramazların məclisinə nifrət edirəm, Pislərlə oturmuram.
6 Ya Rəbb, günahsızlıq içində əllərimi yuyuram, Qurbangahının başına dolanıram,
7 Şükür səsimi ucaldıram, Bütün xariqələrini bəyan edirəm.
8 Ya Rəbb, məskənin olan evi, Calalının sakin olduğu yeri sevirəm.
9 Məni günahkarlara qatıb aparma, Qatillərlə birgə canımı alma.
10 Onlar pis niyyəti əllərində tutublar, Sağ əllərini rüşvətlə doldurublar.
11 Mənsə kamalla gəzirəm, Məni qurtar, mənə lütf et!
12 Ayağım düzlük üstündə durur, Cəmiyyətin içində Rəbbə alqış edəcəyəm.
Zəbur 26 in Azərbaycan dilində Müqəddəs Kitab