Text copied!
Bibles in South Azerbaijani

Zəbur 25:5-13 in South Azerbaijani

Help us?

Zəbur 25:5-13 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Məni haqq yolu ilə apar, Həqiqətini mənə öyrət. Məni qurtaran Allah Sənsən, Daim Səni gözləyirəm.
6 Ya Rəbb, əzəldən bəri var olan Mərhəmətini, məhəbbətini yada sal.
7 Gənclikdə günahkar, üsyankar oldum, Bunları yadına salma. Məni məhəbbətin naminə, Ya Rəbb, xeyirxahlığına görə yada sal!
8 Rəbb xeyirxah və haqdır, Ona görə günahkara düz yol göstərir,
9 İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir.
10 Kim Rəbbin əhdinə və göstərişlərinə bağlıdırsa, Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var.
11 Ya Rəbb, ismin naminə məni bağışla, Təqsirim böyükdür.
12 Rəbdən qorxan kimdir? Rəbb ona yol seçməyi öyrədir.
13 O bəxtəvər yaşayacaq, Ölkə onun nəslinə irs olaraq qalacaq.
Zəbur 25 in Azərbaycan dilində Müqəddəs Kitab