Text copied!
Bibles in South Azerbaijani

Zəbur 22:11-19 in South Azerbaijani

Help us?

Zəbur 22:11-19 in Azərbaycan dilində Müqəddəs Kitab

11 Məndən uzaq durma, çünki əzab yaxındır, Köməyimə çatan yoxdur.
12 Nə qədər buğa məni dövrəyə salıb, Güclü Başan buğaları yan-yörəmi bürüyüb.
13 Yırtıcı aslanlar kimi nərə çəkirlər, Məni parçalamaq üçün ağızlarını açırlar.
14 Mən su kimi töküldüm, Bütün sümüklərim oynaqlarından çıxdı, Köksümdəki ürəyim mum kimi əridi.
15 Saxsı parçası kimi gücüm qurudu, Dilim damağıma yapışdı, Sən məni torpağa salıb ölüm verdin.
16 Şər insanlar dəstəsi məni dövrəyə aldı, İt sürüsü kimi yan-yörəmi bürüdülər, Ayaqlarımı, əllərimi deşdilər.
17 Sümüklərimi saya bilirəm, Onlar baxırlar, gözlərini mənə zilləyirlər!
18 Aralarında paltarlarımı bölüşdürürlər, Geyimim üçün püşk atırlar.
19 Ya Rəbb, uzaq durma, Ey mənim Qüdrətlim, dadıma tez çat!
Zəbur 22 in Azərbaycan dilində Müqəddəs Kitab