Text copied!
Bibles in South Azerbaijani

Zəbur 18:5-12 in South Azerbaijani

Help us?

Zəbur 18:5-12 in Azərbaycan dilində Müqəddəs Kitab

5 Ölülər diyarının ipləri mənə sarılmışdı, Ölüm kəməndləri məni qarşılamışdı.
6 Əzab içində Rəbbə yalvardım, Allahıma fəryad qopardım. O, məbədindən səsimi eşitdi, Fəryadımsa hüzuruna, Onun qulağına yetdi.
7 O zaman yer üzü sarsılıb titrədi, Dağların təməlləri lərzəyə gəldi, Onlar sarsıldı, Çünki O qəzəbləndi.
8 Burnundan tüstü çıxıb yüksəldi, Ağzından yandırıb-yaxan alov püskürdü, Bundan közlər tutuşdu.
9 O, göyləri yarıb yerədək endi, Qatı zülmət ayaqları altında idi.
10 Bir keruva minib uçdu, Yel qanadları üstə şığıdı.
11 Gizlənmək üçün ətrafını zülmətə bürüdü, Tufan qoparan qara buludlardan Özünə çardaq qurdu.
12 Hüzurundan şəfəq saçdı, Odlu közlər və dolu buludları yardı.
Zəbur 18 in Azərbaycan dilində Müqəddəs Kitab