Text copied!
Bibles in South Azerbaijani

Zəbur 18:29-43 in South Azerbaijani

Help us?

Zəbur 18:29-43 in Azərbaycan dilində Müqəddəs Kitab

29 Səninlə qoşun üstünə hücum çəkirəm, Allahımla sədlər keçirəm.
30 Allahın yolu kamildir, Rəbbin kəlamı safdır, Rəbb Ona sığınanların sipəridir.
31 Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki?
32 Allah məni qüvvəsi ilə bürüyər, Yolumu kamil edər.
33 Ayaqlarımı maral ayaqları kimi çevik edər, Məni zirvələrimdə saxlar.
34 Əllərimə döyüş təlimi verər, Qollarım tunc kamanın yayını dartar.
35 Sən mənə qurtuluş qalxanını verdin, Mənə sağ əlinlə dayaq oldun, Köməyinlə məni yüksəltdin.
36 Geniş yer açdın ki, addımlayım, Ayaqlarım büdrəməsin.
37 Düşmənlərimi qovub onlara çatdım, Onlar məhv olanadək geriyə qayıtmadım.
38 Onları əzdim, qalxa bilmədilər, Ayaqlarımın altına sərildilər.
39 Döyüş üçün məni qüvvə ilə bürüdün, Əleyhdarlarımı ayağımın altına saldın.
40 Düşmənlərimin kürəyini mənə sarı çevirdin, Mənə nifrət edən yağıları məhv etdim.
41 Fəryad etsələr də, onları qurtaran olmadı, Rəbbi çağırsalar da, cavab almadılar.
42 Onları əzib külək sovuran toz etdim, Küçələrin palçığı kimi tapdaladım.
43 Sən məni xalqın çəkişmələrindən qurtardın, Məni millətlərə başçı qoydun, Tanımadığım xalqları mənə tabe etdirdin.
Zəbur 18 in Azərbaycan dilində Müqəddəs Kitab