Text copied!
Bibles in South Azerbaijani

Zəbur 18:22-50 in South Azerbaijani

Help us?

Zəbur 18:22-50 in Azərbaycan dilində Müqəddəs Kitab

22 Onun bütün hökmləri önümdədir, Qaydalarından imtina etməmişəm.
23 Onunla mən kamala çatmışam, Özümü günahdan qorumuşam.
24 Rəbb mənə salehliyimin əvəzini verdi, Gözünün önündə əlitəmiz olmağımın əvəzini verdi.
25 Sədaqətlilərlə sədaqətlisən, Kamillərlə kamilsən.
26 Təmizlərlə təmizsən, Əyrilərlə əyriliyinə görə davranırsan.
27 İtaətkar insanları qurtarırsan, Təkəbbürlü baxışları alçaldırsan.
28 Ya Rəbb, Sən çırağıma işıq verirsən! Allahım Rəbb zülmətimi nura çevirir.
29 Səninlə qoşun üstünə hücum çəkirəm, Allahımla sədlər keçirəm.
30 Allahın yolu kamildir, Rəbbin kəlamı safdır, Rəbb Ona sığınanların sipəridir.
31 Rəbdən başqa Allah kimdir ki? Allahımızdan başqa qaya kimdir ki?
32 Allah məni qüvvəsi ilə bürüyər, Yolumu kamil edər.
33 Ayaqlarımı maral ayaqları kimi çevik edər, Məni zirvələrimdə saxlar.
34 Əllərimə döyüş təlimi verər, Qollarım tunc kamanın yayını dartar.
35 Sən mənə qurtuluş qalxanını verdin, Mənə sağ əlinlə dayaq oldun, Köməyinlə məni yüksəltdin.
36 Geniş yer açdın ki, addımlayım, Ayaqlarım büdrəməsin.
37 Düşmənlərimi qovub onlara çatdım, Onlar məhv olanadək geriyə qayıtmadım.
38 Onları əzdim, qalxa bilmədilər, Ayaqlarımın altına sərildilər.
39 Döyüş üçün məni qüvvə ilə bürüdün, Əleyhdarlarımı ayağımın altına saldın.
40 Düşmənlərimin kürəyini mənə sarı çevirdin, Mənə nifrət edən yağıları məhv etdim.
41 Fəryad etsələr də, onları qurtaran olmadı, Rəbbi çağırsalar da, cavab almadılar.
42 Onları əzib külək sovuran toz etdim, Küçələrin palçığı kimi tapdaladım.
43 Sən məni xalqın çəkişmələrindən qurtardın, Məni millətlərə başçı qoydun, Tanımadığım xalqları mənə tabe etdirdin.
44 Yadellilər mənə boyun əydilər, Səsimi eşidəndə mənə itaət etdilər.
45 Yadellilərin cəsarəti qırıldı, Titrəyərək sığınacaqlarından çıxdılar.
46 Rəbb əbədi yaşayır! Qayama alqış olsun! Məni qurtaran Allahım ucalsın!
47 O, Allahdır, mənə görə qisas alır, Xalqları mənə tabe etdirir.
48 O məni düşmənlərimin arasından xilas edir, Bəli, məni yağılar üstündə ucaldır, Məni zalımların əlindən qurtarır.
49 Buna görə, ya Rəbb, Millətlər arasında Sənə şükür edəcəyəm, İsminə tərənnüm söyləyəcəyəm.
50 Rəbb padşahına böyük zəfərlər verər, Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.
Zəbur 18 in Azərbaycan dilində Müqəddəs Kitab