Text copied!
Bibles in South Azerbaijani

Zəbur 18:15-28 in South Azerbaijani

Help us?

Zəbur 18:15-28 in Azərbaycan dilində Müqəddəs Kitab

15 Ya Rəbb, Sənin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Suların dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı.
16 O, ucalardan əl uzadıb məni tutdu, Məni dərin suların içindən çıxartdı.
17 Məni qüvvətli düşmənimdən azad etdi, Çünki yağılarım məndən güclü idi.
18 Fəlakətli günümdə qarşıma çıxdılar, Lakin Rəbb mənə dayaq oldu.
19 O məni genişliyə çıxardı, Məndən razı qalıb məni qurtardı.
20 Rəbb mənə salehliyim naminə ənam verdi, Mənə əlitəmizliyimin əvəzini verdi.
21 Çünki Rəbbin yolunu tutmuşam, Pis olub Allahımın yolundan azmamışam.
22 Onun bütün hökmləri önümdədir, Qaydalarından imtina etməmişəm.
23 Onunla mən kamala çatmışam, Özümü günahdan qorumuşam.
24 Rəbb mənə salehliyimin əvəzini verdi, Gözünün önündə əlitəmiz olmağımın əvəzini verdi.
25 Sədaqətlilərlə sədaqətlisən, Kamillərlə kamilsən.
26 Təmizlərlə təmizsən, Əyrilərlə əyriliyinə görə davranırsan.
27 İtaətkar insanları qurtarırsan, Təkəbbürlü baxışları alçaldırsan.
28 Ya Rəbb, Sən çırağıma işıq verirsən! Allahım Rəbb zülmətimi nura çevirir.
Zəbur 18 in Azərbaycan dilində Müqəddəs Kitab